Rövnəq Abdullayev Qurban Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova ali mükafatı təqdim edib.

Sabahinfo.az xəbər verir ki, AFFA prezidenti Q.Qurbanovu “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qurban Qurbanov verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.