"Rusiya və Ukrayna liderləri səviyyəsində görüş keçirmək istəyirik" - Ərdoğan

Rusiya prezidenti cənab Putin və Ukrayna prezidenti cənab Zelenski ilə yenidən görüşməyi planlaşdırırıq.

Sabahinfo.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu görüşlə İstanbulda prosesin liderlər səviyyəsində davam etdirilməsi planlaşdırılır.

"Ümid edirəm ki, dəvətimizi qəbul etsələr, yüksək səviyyəli görüşü İstanbulda keçirəcəyik", - deyə o əlavə edib.