"Qafqaz xalqları mədəniyyəti" festivalı keçirildi

Rusiya Federasiyasının Leninrad vilayətinin Vsevolojsk şəhərində növbəti “Qafqaz xalqları mədəniyyəti” festivalı keçirildi. “Diaspornews.az” xəbər verir ki, festivalda Azərbaycanı Sankt-Peterburqda fəaliyyət göstərən bir neçə təşkilat təmsil edib. Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti sədri Naib Paşayev və sədr müavini Könül Abbasovanın dəvəti ilə festival çərçivəsində təşkilatlar milli rəqslərimizdən ibarət nömrələr, milli mahnılar səsləndirib, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən sərgi və master-klass keçiriblər. Azərbaycanın Sankt-Peterburqdakı nümayəndəliyinin humanitar işlər üzrə konsulu Rəhim Rəhimzadənin də iştirak etdiyi festivalda Azərbaycanı ən böyük heyətlə bu yaxınlarda 25 illiyini qeyd edəcək “Çinar” Milli Mədəni Mərkəzi təmsil etmişdir. Mərkəzin sədri Xeyransa Mirzəyeva və müavini Ülviyyə Abbasovanın rəhbərliyi ilə “Çinar” vokal-xoreoqrafik ansamblı “Odlar yurdu”, “Qaval”, “Tərəkəmə”, “Çobanlar”, “Yallı” rəqslərini, milli ənənəmiz olan xınayaxdı mərasimini, milli geyimlərimizi nümayiş etdirmişdir. Bununla yanaşı, festivala gələn qonaqlara “Çinar” Milli Mədəni Mərkəzi tərəfindən xalçatoxuma, milli şirniyyatımız olan şəkərbura, “Naxçıvan” Azərbaycan dostlarının milli-mədəni birliyinin rəhbəri Həsən Məsimov və Rusiya Rəssamlar İttifaqının üzvü Tahir Əliyev tərəfindən rəsmçəkmə, şüşədən məmulatlar düzəltmə master-klassları, Fatma Nəzirlinin rəhbərliyi ilə “Xarıbülbül” rəqs ansamblı və Eldar Əlizadənin rəhbərliyi ilə “Simurq” Azərbaycanlı gənclər Assosiasiyası tərəfindən Azərbaycan rəqsləri nümayiş etdirildi.

image-img-20220605-wa0105image-img-20220605-wa0104image-img-20220605-wa0106image-img-20220605-wa0102image-img-20220605-wa0101image-img-20220605-wa0100