Sabah bölgələr üzrə pensiyalar ödəniləcək

Sabah bölgələr üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Sabahinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.