Sabiq nazir müavininin prokuror bacısı oğlu qəzada öldü

Bakı Şəhər Prokurorluğun əməkdaşı qəzaya düşüb.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə Bakı şəhərində baş verib. Belə ki, qəzaya düşən Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Abdullayev həyatını itirib.

Qeyd edək ki, M.Abdullayev Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun və kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun bacısı oğludur.