Sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda rüşvət alma və rüşvətə təhrik etmədə təqsirləndirilən Mahal Qaçayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Sabahinfo.az xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona beş il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, Mahal Qaçayev Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin 11 may 2018-ci il tarixli, 05 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 02 nömrəli iclas protokollarına əsasən, seçildiyi bələdiyyə sədri vəzifəsində işləyib. O, 2020-ci ilin yanvar ayında Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin həmin kəndin ərazisində yerləşən inzibati binadakı xidməti otağında, eləcə də 2020-ci ilin fevral ayının əvvəllərində və 18 fevral 2020-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, özünün yaşadığı evdə iki nəfər kənd sakinindən rüşvət alıb. İstintaq dövründə Mahal Qaçayevin barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib./pravda.az