Səbinə Xasayeva Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Puta bələdiyyəsinin inzibatı binasında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.
Qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının başa çatdırılmasının, yeni internet xəttinin çəkilməsinin və aptekin tikintisinin sürətləndirilməsinin, 184 nömrəli tam orta məktəbin 250 yerlik olduğu halda məktəbdə 800-ə yaxın şagirdin təhsil aldığını nəzərə alıb əlavə korpusun tikilməsinin və əsas korpusun təmirinin, yük maşınları ilə daşınan mişar daşın yaşayış məntəqəsinin çirkləndirməsinin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsinin, sayı artmış sahibsiz itlərin toplanılması və xəstəlikərə qarşı peyvənd edilməsinin, əhali arasında hüquq təbliğatının gücləndirilməsinin, aztəminatlı ailələrin məşgulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsnin, yeni iş yerlərinin yaradılmasının,işsizliyə görə ünvanlı dövlət sosial yardım almaq hüququnun təyin edilməsinə köməklik göstərilməsinin və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.
Qəbulda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ rayon icra hakimiyyəti başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tarverdi Qurbanov və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı iştirak ediblər.