Seçim mərhələsi davam etdirilir

Məktəblilər arasında "Xəmsə" Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyinin Naxçıvan şəhəri üzrə seçmə mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikanın 9-11-ci sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyinin seçim mərhələsi davam etdirilir.

Birinciliyin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünü, zehni inkişafını, intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, həmçinin intellektual oyunların kütləviliyini təmin etməkdən ibarətdir.

Bu münasibətlə növbəti seçmə Naxçıvan Gənclər Mərkəzində təşkil olunub. Yarışda Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 4 komanda çıxış edib. “Bəlli”, “Şərtli”, “Sirli” və “Fərdi” raundundan ibarət olan oyunda ən çox xal toplayan "Platin" komandası I yerin sahibi olub və birinciliyin final mərhələsinə vəsiqə qazanıb.

Qalib komandaya kitablar hədiyyə olunub.

 

Elnarə Həziyeva

SABAHİNFO.AZ