Sədri Səkinə “Kadın Girişimciler Derneği”-nin 20 illiyinə həsr olunmuş tədbirdə

Ötən günlər İstanbula rəsmi səfər edən Türk dünyası Qadın Sahibkarlar Komitəsinin sədri, AQSİA İdarə Heyətinin Sədri Səkinə Babayeva və AQSİA İdarə heyəti üzvləri Türkiyənin “Kadın Girişimciler Derneği”-nin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. 
Tədbir zamanı çıxış edən Səkinə Babayeva  qadın sahibkarların türk dünyasının iqtisadiyyatında rolunun artırılması üçün yaxın gələcəkdə birgə addımların atılması, dayanıqlı inkişaf məqsədlərini hədəf alan layihələrin icrasına maraqlı olduğunu və bu istiqamətdə AQSİA və KAGİDER-in növbəti illərdə də uğurlu əməkdaşlığına inandığını qeyd edib.
KAGİDER başkanı Emine Erdemi təbrik edən Səkinə Babayeva son illərdə iki qardaş ölkənin qadın sahibkarlarının iqtisadi-sosial və mədəni əlaqələrinin möhkəmlənməsində göstərdikləri xidmətlərdən bəhs edib.