Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Bədəlov Cavidan Zaur oğlu İsmayıllıda dəfn edilib.

Sabahinfo.az bildirir ki, şəhid doğulub boya-başa çatdığı rayonunun Talıstan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində C.Bədəlovun ailə üzvləri, yaxınları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. C.Bədəlov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.(report)