Şəhid hərbçilərin yeni SİYAHISI

Qarabağda lokal antiterror tədbirlərində şəhid olan hərbçilərin siyahısını yenilənib.

Sabahinfo.az xəbər verir ki, siyahıda 191 nəfərin adı yer alır. Əvvəlki siyahıda isə 186 hərbçinin adı vardı.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Müdafiə Nazirliyinin şəhid hərbi qulluqçularının siyahısı