Səkinə Babayeva və qurumun üzvləri Azərbaycan-Özbəkistan biznes forumunda iştirak edib

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və qurumun üzvləri Azərbaycan-Özbəkistan biznes forumunda iştirak edib.

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Biznes forumunda ölkələrimiz arasında ticarət, investisiya, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub, bir sıra sənədlər imzalanıb. Tədbirdə hər iki tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida, tekstil, əczaçılıq, tikinti, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdığını vurğulayıb.

Qeyd edək ki, AQSİA ilə Özbəkistan arasında 5 il ərzində 4 əməkdaşlıq memorandumu imzalanıb.