Ayxan Ədilzadədən yeni bir yazı- Şiddət...

Salam, dostlar. Necəsiz? Bu gün sizinlə şiddət və onun növlərindən danışacağıq. Mənə görə şiddətin iki növü vardır: fiziki və psixoloji. Biz birinci olaraq fiziki şiddətdən bəhs edək. Fiziki, yəni insan cisminə verilən şiddət. Bu çox ağrı verə bilir. Məsələn, bir ananın uşağını döyməsi kimi. Əslində, şiddət dedikdə bir şəxsin digər şəxsə hər hansısa bir ləvazimatı sürətli və vicdansız şəkildə vurmasıdır. Türkiyədəki xəbər proqramlarına baxası olsaq, orada bir çox cavan qızın təcavüzə məruz qaldığını görərik. Bunlar fiziki şiddətə aiddir. Şiddətin  digər növü olan psixoloji  şiddət isə insanların bir-birilərini söz ilə təhqir etməsidir. Məsələn, nənəniz və yaxud da çox yaxın bir qonağınız var və siz onların yanında xoşagəlməz bir hərəkət etdiniz. Bu zaman valideynləriniz sizə "sən gözlə", "səni döyəcəm", kimi ifadələr işlədirlərmi? İndiki dövrümüzdə polislər məhkumları danışdırmaq üçün psixoloji şiddət üsulundan istifadə edirlər. Məsələn, səni ailən ilə görüşdürmərik, həbsdə çürüyərsən və s. Amma keçmişdə məhkumları danışdırmaq üçün həm az əvvəl dediyim şəkildə psixoloji və bir də fiziki şiddətdən istifadə edə bilirdilər.  Məsələn, Misirdə qamçı ilə və yaxud da yumruq kimi ləvazimatlarla məhkumlara şiddət göstərirdilər. Nə isə... Keçək yazımızın sonuna. Bu dünyada yaşayan yeddi milyard insanın böyük bir hissəsi şiddətlə üzləşən insanlardır və bir çoxu isə şiddətə məruz buraxan şəxsdir. İndiki dövrdə qız və yaxud da qadın şəxslərdən bir çoxu axşam gəzintiyə və yaxud da marketə düşmək üçün qorxurlar. Mən yenə də deyirəm, bunların hamısı mənim öz şəxsi fikirlərimdir. İnsanlara qarşı şiddət göstərməməyə çalışın. Bu dünyanın barış və sülhə ehtiyacı var. Amma biz şiddət göstərərək və ya bəzi şəxsləri bizə qarşı şiddət göstərməyə məcbur buraxaraq, biz sadəcə özümüzə ziyan vururuq. Yəni mənim demək istədiyim biz insanlıq olaraq bu dünyaya barış və sülh gətirməyə çalışmalıyıq. Şiddətlə heç bir məsələnin həllini tapmaq mümkün  olmur. Birdə şiddət sadəcə barış və sülhün dünyaya çatmasını çətinləşdirən bir pillədir.
Hələlik dostlar. Daha bir yazının sonuna çatdıq. Sağ olun, var olun! 
Yazıçı:Ayxan Ədilzadə
Mövzu:Ayxan Ədilzadə
Redaktor: Tünzalə Xəlilova