Sosial-mədəni dəyişikliklərin öyrənilməsi” İB-nin tədbiri keçirilib

19 may 2022-ci il tarixdə Ismayıllı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Sosial-mədəni dəyişikliklərin öyrənilməsi” İB-nin tədbiri keçirilib.

Azərbaycanın milli-mənəvi dəyərləri sisteminin təbliği və təsnifi , multikulturalizm milli-mənəvi dəyər və regional sabitlik ideyası kimi, mövzularda məruzələr edilib. Dosent, H.İbrahimov milli –mənəvi dəyərlərin qorunmasında ailə institutunun əhəmiyyətindən bəhs edərək müasir dövrdə milli dəyərlər sisteminin təsnifatı haqqında məruzə edib. Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini N. Teymurov İsmayıllının zəngin dəyərləri və bu dəyərlərin gənc nəslə ötürülməsi haqqında çıxış edib. Məruzəçi A. Həsənova multikulturalizm sabitlik ideyası kimi mövzularinda məruzə edərək xalqımızın milli mənəvi dəyərlərinin təsnifatı sistemində yer almış dəyərləri müqayisə və təhlil edib. Azərbaycan dövlətçiliyinin hər zaman möhkəm əsaslara malik olmasında milli-mənəvi dəyərlərin daşıdığı komunikativ, ideoloji, inteqrativ funksiyaların əhəmiyyətindən danışılıb. Zəfər Günümüzün milli dəyərlər sistemində tarixi əhəmiyyətli gün olaraq təsnifatlandırılması, milli yaddaşımızda qəhrəmanlıq tariximizdə xüsusi yer alması özəlliyindən bəhs edilib.