Şoyqudan Qarabağla bağlı mina AÇIQLAMASI

BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib. sabahinfo.az TASS-a istinadla xəbər verir ki, bunu cümə günü “Zvezda” telekanlının efirində nümayiş olunan filmdə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.“Noyabrda bütün bunlar baş verən kimi biz BMT-nin minaəleyhinə mərkəzinə dedik ki, gəlin. Orada eninə və uzununa hər yer minalanıb. Axı insanlar oraya qayıda bilmir. Kimsə gəldi? Hələ ki, yox”, - deyə general qeyd edib.