Spiker koronaya yoluxdu

Estoniya parlamentinin sədri Yuri Ratas koronavirusa yoluxub. Axar.az xəbər verir ki, bu barədə spiker özü mediaya açıqlamasında deyib. Spiker ötən şənbə ailə üzvlərindən birinin koronavirus testinin müsbət çıxdığını və bu səbəbdən özünü təcrid etdiyini bildirib.

Bu gün isə parlament sədrinin PCR testi müsbət nəticə verib. Ratas qeyd edib ki, hazırda məsafədən iş fəaliyyətini davam etdirir.

Parlament sədri bu ilin may ayında peyvənd olunub.