Sumqayıt yeni inkişaf dövrünü yaşayır

Azərbaycanda həyata keçirilən uğurlu inkişaf siyasəti bütün sahələrdə olduğu kimi regionların inkişafında da öz rolunu oynayır. Regionlarda aparılan yenidənqurma, abadlıq işləri ilə yanaşı yeni-yeni infrastrukturların tikilib istifadəyə verilməsinin bir qayəsi var. Azərbaycan vətəndaşına xidmət! Vətəndaşların sosial-rifah halının yüksəldilməsi! Bəli. Cənab Prezident İlham Əliyev siyasəti məhz bu amallar üzərində qurulub. Hər bir azərbaycanlının Prezidenti olan, bunu çıxışlarında dəfələrlə dilə gətirən dövlət başçısı həyata keçirdiyi konseptual siyasəti Vətəndaşların sosial-rifah halının yüksəldilməsinə, vətəndaşların problemlərinin həllinə və ən əsası vətəndaş məmnuniyyətinə yönəlib.

Regionların inkişafından danışanda Paytaxt Bakının şimal qonşusu, Respublikanın ən gənc şəhəri olan Sumqayıtda bu istiqamətdə həyata keçirilən işlər diqqətdən qaçmır. Sumqayıt elə bir şəhərdir ki, bir çox insanların taleyi bu şəhərdən yan keçmir. İstər təhsil, istər karyera istərsə də asudə vaxtın səmərəli təşkili ilə bağlı Sumqayıta yolu düşməyən, bu şəhərin havasından udmayan demək olar ki, yoxdur. Gənc olmasına baxmayaraq bir sıra regionları qabaqlayan Sumqayıt dövlət büdcəsindən maliyyələşməyən, yeni özs daxili imkanları hesabına inkişaf edən şəhər statusu alıb. Bütün bunların fonunda onu demək lazımdır ki, bu inkişafların əsasını Dövlət başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi kadr siyasəti təşkil edir. Məhz Zakir Fərəcovun Sumqayıta rəhbərliyi dövründə Sumqayıt yeni inkişaf dövrünə qədəm qoyub. Bu inkişaf şəhərin simasının dəyişməsi, vətəndaşları uzun müddətdir narahat edən məsələlərin həlli, məşğulluq problemləri və ən əsası şəhid və qazi ailələrinə diqqətin yüksək səviyyədə təşkili ilə əlaqəlidir.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, Zakir Fərəcov Sumqayıta rəhbərliyi dövründə hər bir sumqayıtlının könlündə rəğbət qazanıb. Bir zamanlar kanibet məmurları olan, qəbullarına gələn vətəndaşları qəbul etməyən icra başçılarından fərqli olaraq Zakir Fərəcov hər bir sumqayıtlının problemi ilə maraqlanır, problemləri qısa zamanda həll edir. Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun iş mexanizmi quran Zakir Fərəcov mütəmadi olaraq vətəndaş qəbullarını həyata keçirir. İcra başçısı kimi özü sakinlərin yaşadığı məhəllələrə gedərək problemləri yerindəcə dinləyir.

Bir zamanda Sumqayıtda olan zavod və fabriklər ekologiyaya ciddi təhlükə yaratdığından bu şəhərdə nəfəs almaq ümükün deyildi. Havada olan zərərli qazların çoxluğu bir sıra ciddi xəstəliklərə səbəb olurdu. İndi isə mövcud durum fərqlidir. Sumqayıtda yerləşən Sumqayıt Sənaye Parkında həm müxtəlif çeşidlərdə məhdullar istehsal olunur ki, bu iqtisadi qudrətimizin artmasına, eyni zamanda yeni iş yerləri açılır ki, bu da Sumqayıtda məşğulluq probleminin həllinə və ən əsası ekoloji durum ürək açan səviyyədədir. Yəni, bu parkdan ekologiyaya ziyan gəlmir. Məhz buna görədir ki, Sumqayıtın havası ötn illərə nisbətən daha təmizdir. Sumqayıt Bulvarı eləcədə digər yerlərdə həyata keçirilən iməcilik və ağacəkmə kompaniyası nəticəsində yaşıllıqların əhatə dairəsi daha da genişlənib.

Şəhərin mərkəzi küçələrinin işıqlandırılması, avtomobil yollarının təmiri, park və istirahət mərkəzlərinin yenidən qurulması görülən müsbət işlər sırasındadır. Bakı-Quba yolundan Sumqayıt şəhərinə daxil olarkən sanki başqa bir diyara qədəm qoyursan. Yol infrastrukturunun geniş olması avtomobillərin rahat hərəkətini şərtləndirir. Eyni zamanda küçələrin işıqlandırılması prosesinin davamlı olaraq həyata keçirilməsi nəticəsində bu gün Sumqayıtın gecə həyatını daha mənzərəli və baxımlı edib.

Bir məsələni xüsusi qeyd etmək istərdik. Bir zamanlar paytaxt Bakıda, Astarada dəniz kənarı sahilin gözəlliyinə həsəd aparanlar artıq indi Sumqayıt Bulvarında rahatlıqla asudə avxtlarını səmərəli keçirə bilir, Xəzərin gözəlliyini seyr edə bilirlər.

Dövlətçiliyimizin qorunması milli kadrların qorunmasından keçir

Təbii ki, həyata keçirilən bu cür müsbət işləri həzm edə bilməyən, üzdə özünü vətənpərvər göstərib daxildə olan xislətini ortaya qoyan “vətəndaşlarımız” az deyildir. Bu kimi ünsürlər daim olub və bundan sonra da olacaq. Bunlarla mübarizə aparmaq, görülən işlərə heç kimin kölgə salmasına imkan vermək lazım deyildir. Bunun isə bir yolu var həmrəy və milli kadrların işinə dəstək olmaqdan ibarətdir. Hər bir sumqayıt sakini şəhərimizin inkişafı istiqamətində atılan addımlara dəstək olarsa Sumqayıt daha da inkişaf edər. Bu inkişaf isə nəinki bizə eyni zamanda gələcək nəsillərimizə olduqca lazımdır. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu kadr siyasəti dövlətçiliyimizin qorunmasına, dövlətimizin inkişafına hesablanıb. Bu gün “ “Vicdan 1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olduğu “Dövlətçilik” qəzeti adından istifadə edən bir sıra ünsürlər görülən işlərə kölgə salmağa cəhd edirlər. Bu insanlar bir müddət öz hərisliyindən hüquq-mühafizə orqanları tərəfindən tutularaq aidiyyatı üzrə cəzasını alıb. Müəyyən dövrdən sonra yenidən fəaliyyətə başlayaraq cəmiyyətdə mənfi imic yaratmaq niyyətindədirlər. Rəsmi olaraq bildirmək istəyirik ki, “Dövlətçilik” qəzeti başda Ali Baş Komandan, Prezident İlham Əliyev siyasətinin geniş arenada təbliği, dövlətimizin və dövlətçiliyimizin qorunması və inkişafı istiqamətində iş aparır. Vətəndaşları maarifləndirir və bu proses davamlı olaraq həyata keçirilir. Bu kimi müqəddəs missiyanın həyata keçirilməsində kifayyət qədər peşəkar, dövlətə və dövlətçiliyə başğı olub dövlət başçısı İlham Əliyev siyasətini dəstəkləyən kadrlarımız var. Bu minvalla Hüseyn Əzizoğlu adlı jurnalistin nə “Dövlətçilik” nə də “Vicdan 1” Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyatı var. Bu kimi adını jurnalist qoyub qara piarla məşğul olan insanlarla bizim işimiz olmaz!

Dövlətçilik Qəzetinin Araşdırma Qrupu