Surovikinin vəzifəsi bu generala tapşırıldı

Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanı vəzifəsini müvəqqəti olaraq general Viktor Afzalov icra edəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb.

General Afzalov buna qədər Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini daşıyırdı.

Qeyd edək ki, dünən Sergey Surovikinin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən qovulduğu bildirilmişdi.