Tarixi çıxış

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün çıxışları Aərbaycanın dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, dünyəvi dövlətlərlə ikitərəfli, çoxtərəfli əlaqələrin genişləndirilməsinə xidmət edir. Bu çıxışlar Azərbaycanın dövlət maraqlarını ifadə etməklə bəşəriliyə sədaqətin ifadəsi kimi qəbul edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu”  mövzusunda çıxışını həm də bu amillər əhatələdi. Dövlətlərarası münasibətlər başlıca olaraq siyasi dialoqla müəyyənləşdirilir, bu müstəvidə davam və inkişaf etdirilir. Belə münasibətlərin davamlılığı və etibarlılığı gerçəkləşdirilən təşəbbüslər kimi dəyərləndirilir. Azərbaycanla İtaliya arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr daim davamlı şəkildə aparılır.
Dövlətlərarası əməkdaşlıq müxtəlif sahələri əhatə etsə də, başlıca olaraq təhsil sahəsi ilə bağlı olur. Azərbaycanın kifayət qədər nüfuzlu ADA Universiteti İtaliyada da yaxşı tanınır, onun elmi, elmi-pedaqoji potensialına bu dövlətdə də ehtiram böyükdür. Bunun nəticəsidir ki, ADA Universiteti İtaliyanın aparıcı Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetləri ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq qarşılıqlı etimada əsaslanır.  
Azərbaycan neft ölkəsidir. Dövlət müstəqilliyi bərpa edildikdən cəmi üç il  sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində müştərək iş birliyinə dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Azərbaycan neçə-neçə dövləti neftlə, neft məhsulları ilə təmin edir. O dövlətlər sırasında İtaliyada da var. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.
Bir faktı xatırlamaq kifayətdir: İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.
Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında olduqca vacib məqamları da xatırlatdı: Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malik olmasını,  Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemi olmasını – Cənubi Qafqaz və Trans-Anadolu (TANAP) boru kəmərlərini,  İtaliyaya qədər uzanan Trans-Adriatik (TAP) boru kəmərini.
Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub.
Azərbaycanın torpaqları işğaldan azad edildi. Bu, Azərbaycan Ordusunun böyük Zəfəri oldu. Zəfərdən sonra Qarabağda və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.
Azərbaycan Rrespublikasının Preidenti cənab İlham Əliyev dedi: “ Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Azərbaycan hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb...”.
Azərbaycan Respublikasının Preidenti cənab İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu”  mövzusunda çıxışında dediyi “Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir” fikirləri də Forumda maraqla qarşılanıb. Ümumiyyətlə, bu Forum da Azərbaycan dövlətçiliyinin daha da möhkəmlndirilməsi baxımından olduqca tarixi çıxış oldu...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı