“Tarixi Zəfər mövzusunda intellektual yarışın təşkili” adlı layihəsi Bərdə, Ağdam və Tərtər rayonlarında icraedilib

"Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tarixi Zəfər mövzusunda təşkil olunan intellektual müsabiqəsini 18 iyul 2024 - 22 iyul 2024-cü il tarixlərində Bərdə, Ağdam və Tərtər rayonlarında keçirmişdir. Hər rayonda 3 qrup olmaqla müsabiqəyə qoşulan gənclər arasında intellektual yarış təşkil olunmuşdur. İntellektual yarış keçirilən rayonlarda qalib gələn qruplar 22 iyul 2024-cü il tarixində Bərdə şəhərində keçirilən finala vəsiqə qazanmışlar. Bərdə şəhərində Bərdə, Ağdam və Tərtər rayonlarından qalib gələn gənclər arasında final və superfinal yarışı baş tutmuşdur. İntellektual yarışda Bərdə şəhəri 5 saylı orta məktəbi təmsil edən "Big Bang" komandası qələbə qazanmışdır.

Tarixi Zəfər mövzusunda təşkil olunan intellektual müsabiqədə iştirak edən bütün gənclər sertifikatlarla, finalda və superfinal iştirak edən gənclər isə qiymətli hədiyyələrlə mükafatlandırılmışlar

.