Tarixin qanlı Xocalı izi

26 fevral 1992 -ci il qarlı, sərt qış gecəsi,o gecə dəhşət yaşadı Xocalı. Elə bir dehşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə - eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Usaqlar valideyinlərinin gözü qarsısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Xocalının neçə -neçə qeyrətli oğullarını erməni dığalarının qəbirləri üzərində qurban kəsdilər. Qız və gəlinlər əsir alındılar. Aramsız güllə yagışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqlarının, doğmalarının meyidləri arasında çaş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini əbədi yunmuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin.....
Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə. Şəhərin 800 - dən artıq sakininin həyatına son qoyuldu. Bir gecənin içində 6 ailə tamam məhv edildi,1277 nəfər girov götürüldü, yüzlərcə soydaşımız müxtəlif dərəcədə bədən xəsarətləri aldı.Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət  ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hissələrin ,366 - cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər. Əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilərin törətdikləri vəhşilikləri heçnə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən vəhşi vandallardılar. Həmişə özlərini məzlum, yazıq kimi dünyaya göstərən, türklərin təqiblərinə məruz qalan bir xalq kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.
Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucaldıldı. Biz hər ilin günü bu abidənin önündə gedərək Xocalı faciəsi zamanı həyatını itirən həmvətənlərimizin ruhunu yad edirik. Allah Xocalı faciəsi zamanı həyatını itirənlərə rəhmət eləsin!

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri