Tarixin şanlı Qurtuluş səhifəsi

Tarixin zənginliyi atılan cəsarətli addımlar, verilən düzgün qərarların fonunda formalaşır. Yaşanan şərəfli tarix isə insana qürur verir. Azərbaycan tarixin ona bəxş etdiyi şəxsiyyət, uzaqgörən və ən əsası tarix yazmağı bacaran dünya miqyaslı siyasətçi yetişdirməklə şərəfli tarix yaratdı. Bu baxımdan 15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində özünə məxsus yer tutur. Milli Qurtuluş Günü sözün həqiqi mənasında ölkəmizin xaos, anarxiya, özbaşınalıq və ən əsası xəritədən silinmək təhlükəsi ilə üzləşən Azərbaycanın yeni tarixində önəmli səhifədir. Ümumilli Lider Heydər Əliyevin imzası ilə yazılan bu tarix bizim bugünkü inkişafımızı, gələcək perspektivləri özündə daha dərindən ehtiva edirdi.

Heydər Əliyev zamanın elə bir çağında xalqın təkidi ilə yenidən hakimiyyətə gəldi ki, həm siyasi lider kimi Heydər Əliyevin özü üçün həm də dövlət və dövlətçiliyimiz üçün ciddi təhlükələr mövcud idi. Sözün həqiqi mənasında hər an atılacaq yalnış addım xaosun böyüməyinə, anarxiyanın genişlənməsinə səbəb ola bilərdi. Bu səbəblərin qısa zamanda aradan qaldırılması, vahid idarəetmə sisteminin təşkili, nizami ordu quruculuğu, iqtisadi asıllığın aradan qaldırılması və xalqın sosial problemlərinin həlli kimi ciddi problemlər Ümummilli Lider Heydər Əliyevin qarşısında duran əsas və ciddi vəzifələrdən idi. Eyni zamanda onun özünün şəxsiyyət kimi meydana çıxmasını gözügötürməyən qüvvələr ümummilli liderin həyatına eləcədə bu kimi mühüm işləri reallaşdırılmasına qarşı olaraq təhlükəli addımlar atmaqdan çəkinmirdilər...

Bu tarix bünövrəsi sağlam təməllər üzərində qurulan Azərbaycanın siyasi-iqtisadi münasibətlərin qurulması, Azərbaycanın beynəlxalq imicinin formalaşdırılması, haqq səsimizin dünyaya çatdırılması və ölkədə plüralizmin formalaşdırılması kimi taleyüklü məsələləri özündə əks etdirir. Aradan keçən müddət ərzində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bizi qələbələrə, inkişafa və tərəqqiyə nail olmamıza səbəb oldu. Milli Qurtuluş Günündən başlanan yol Azərbaycanın demokratik dəyərlərdən çıxış edərək, Şərqdə ilk demokratik ölkə imicini qoruyub saxlamaqla vətəndaş hüquq və azadlıqları fonunda söz, mətbuat azadlığının təmin edən ölkə kimi regionda söz sahibinə çevrilməsinə ciddi zəmin yaradıb.  Artıq Bakı regional eləcədə dünya miqyaslı təhlükəsizlik məsələlərin müzakirəsi üçün seçilən şəhərlər arasındadır. Təsadüfi deyil ki, Ukrayna Prezidenti də Rusiya ilə danışıqlar aparmaq üçün təklif etdiyi şəhərlər arasında Bakının da adı var idi. Bununla yanaşı ABŞ və Rusiya yetkililərinin mühüm məsələlərin müzakirəsini məhz Bakıda keçirməsi Azərbaycanda yaradılan təhlükəsiz mühitdən xəbər verir.
Heydər Əliyev siyasi kursunun davamçısı, Cənab Prezident İlham Əliyev atdığı hər addımda ölkə vətəndaşının mənafeyini qorumaqla yanaşı, dövlətimizin və dövlətçiliyimizin maraqlarını daim üstün tutur. Cənab Prezidentin 44 Günlük Vətən Müharibəsinin qızıl açarı olan Şuşa düşmən işğalından azad olunan zaman “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri ilə bir daha onu sübut etdi ki, ümumilli lider Heydər Əliyevin ideyaları yaşayır. Bu ideyaların fonunda ümumilli lider Heydər əliyevin adını daşıyan Fond bu gün Qafqazda hümanizm və ən böyük xeyriyyəçi Fonddur. Fondun Prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə nəinki ölkə miqyasında eyni zamanda ölkədən kənarda həyata keçirilən hümanist addımlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon təşkilatının əmkdaşı