Təhlükəli asteroid Yerə yaxınlaşır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2002 AY1 asteroidinin yanvarın 8-də Yer kürəsinin yaxınlığından keçəcəyini bildirib.

Sabahinfo.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb.

Bildirilir ki, göy cisminin uzunluğu 219 m-dir. Ondan Yerə olan məsafə 5,8 milyon kilometr olacaq. Asteroidin sürəti 62.424 km/saatdır.