Tezliklə Qarabağ Bakının nəzarətinə keçəcək -Markov

Qafqazda böyük hadisələr yaxınlaşır. Sosial şəbəkələr Qarabağ yaxınlığında hərbi təlimlər istiqamətinə hərəkət edən Azərbaycan ordusunun hərbi texnika karvanlarının kadrları ilə doludur.

Sabahinfo.az bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Və belə bir məqamda Ermənistanın lideri Paşinyan ancaq Rusiyaya qarşı daha çox pislik etmək barədə fikirləşir. Çoxları hesab edir ki, tezliklə bütün Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək", - o bildirib.