TÜRK GƏNCİN SEVGİSİ DÜNYA KUBOKUNU KÖLGƏDƏ QOYDU…

Hollandiyada yaşayan 30 yaşlı iş adamı Məhəmməd Yılmazın dünya çempionatının keçirildiyi Qətər küçələrində açdığı pankartlarla həyat yoldaşı Kyra Engelenə olan  sevgisini bütün dünyaya bəyan edib.

Bütün dünyanın gözü və qulağı dünya çempionatına ev sahibliyi edən Qətərdədir. Son dərəcə həyəcanlı qarşılaşmalara şahidlik edən 2022-ci il dünya çempionatında bir sıra  hadisələr dünya çempionatını kölgədə qoyur.  Məhəmməd Yılmazın segili həyat yoldaşına etdiyi sevgi etirafı da, sözün əsil mənasında dünya çempionatına bərabər gündəm oldu.  Məhəmməd Yılmaz qərib bir ailənin oğludur. Yılmaz Hollandiyada doğulmuş və hələ də bu ölkədə yaşayan iş adamıdır.

30 yaşlı Məhəmməd Yılmaz həyatda ən böyük çox sevdiyi şəxs olan  həyat yoldaşı Kyra Engelen üçün onlarla afişa hazırlayıb. Özünün və həyat yoldaşının şəkillərinin yer aldığı ingilis plakatlarının hər birinə fərqli sevgi şeirləri yazan Məhəmməd Yılmaz Qətərin paytaxtı Dohanın ən izdihamlı meydan və küçələrində asıb. Sevgisini dillərə dastan olan Məhəmməd Yılmaz dünya mətbuatının da gündəminə gəlib.  Plakatlar qısa zamanda sosial mediada sürətlə yayılıb və böyük rəğbətlə qarşılanıb.