Türk nazirlər Azərbaycana gəlir

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bu gün Azərbaycana səfərə gələcək.

Bu barədə Sabahinfo.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Səfər çərçivəsində nazir sabah Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. 

Səfər iki gün davam edəcək.

Səfirlikdən o da bildirilib ki, noyabrın 16-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngilana səfər edəcək.