Türkiyə açıqladı: Rusiya ilə birgə çalışırıq

Türkiyənin Baş naziri Binəli Yıldırım türk ordusunun İdlibə girməsi barədə danışıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

"İdlibə güvəni verəcəyik. Rusiya ilə birlikdə çalışırıq”, - Yıldırım deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın İdlib şəhərindəki əməliyyatlara qatılmağa hazır olduğunu bildirmişdi./axar.az/