Türkiyə ordusu Suriyada 10 terrorçu zərərsizləşdirib

Türkiyə Silah Qüvvələri Suriyanın şimalında keçirilən ayr-ayrı antiterror əməliyyatlarında 10 PKK silahlısını zərərsizləşdirib.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, "Fərat qalxanı" antiterror əməliyyatı bölgəsində hücum hazırlığında olan 4 terrorçu, "Sülh bulağı" antiterror əməliyyatı bölgəsində 6 terrorçu məhv edilib.

Nazirlik bölgədə əməliyyatların davam etdirildiyini deyib.