"Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər" - Sabir Rüstəmxanlı

"Dünya bu gün ağır durumdadır. Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər. Hamımız bu narahatlığı keçiririk".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Azərbaycanın tutduğu mövqe dəqiqlik tələb edir: "Dövlət başçısının atdığı addımlar praqmatikdir".

S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycan Ukraynadan çıxan qaçqınlara qucaq aça bilər.