UEFA Superkubokunun qalibi müəyyənləşir: "Siti" "Sevilya"ya qarşı

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

Sabahinfo.az xəbər verir ki, matç “Mançester Siti” və “Sevilya” komandaları arasında Yunanıstanın paytaxtı Afina şəhərində “Georgios Karaiskakis” stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

Qeyd edək ki, “Mançester Siti”dən tarixində ilk dəfə UEFA Superkubokunda mübarizə aparacaqsa, İspaniya təmsilçisi 6-cı dəfə bu titulu əldə etməyə çalışacaq. “Sevilya” indiyədək bir dəfə, 2006-cı ildə “Barselona”nı 3:0 hesabı ilə məğlub edərək Superkuboku qazanıb.