“Ulu Öndərin sahibkarlarla görüşü ölkədə sahibkarlığın inkişafında mühüm bir səhifə açdı”- Tahir Mirkişili

Sabahinfo.az xəbər verir ki, bunu "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" adlı konfransda çıxış edərkən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, İqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili deyib.

T.Mirkişili qeyd edib ki, bu gün Azərbaycanda “Sahibkarlar günü”dür. Ulu Öndər Heydər Əliyevin 25 aprel 2002-ci ildə yerli və xarici sahibkarlarla görüşü ölkədə sahibkarlığın inkişafında mühüm bir səhifə açdı! Bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün hər cür əlverişli şərait yaradılmaqda və daim bu işdə təkmilləşmə də aparılmaqdadır. Dövlət başçısının apardığı islahatlar, qanunvericilik bazasını təkmilləşdirilməsi, sahibkarların təşəbbüsləri iqtisadi inkişafımızı sürətləndirən mühüm amillərdir. Bütün sahibkarlarımızı peşə bayramları münasibətilə təbrik edir, onlara bütün sahələrdə uğurlar arzu edirəm!