““Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir” layihəsi başladı

“Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ““Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir” Beynəlxalq Gənclər Forumu layihəsini icra etməyə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması və bu il Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları ilə yanaşı QHT-lər, o cümlədən, gənclər təşkilatları tərəfindən də müxtəlif milli və beynəlxalq tədbir və layihələr həyata keçirilməkdədir.“Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi bu ilin iyul-avqust aylarında Bakıda və “Azərbaycanın 2023-cü il Gənclər Paytataxtı” Mingəçevir şəhərində “Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir” Beynəlxalq Gənclər Forumu layihəsini icra etməyə başlamışdır.

Finlandiya, Çexiya, Polşa, Rumıniya, Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Moldovadan olan fəal gənclər təşkilatları rəhbərləri, gənc lider və ekspertlərin ölkəmizə gəlmişlər Beynalxalq  Forum tədbirlər proqramına uyğun olaraq əcnəbi gənc liderlərin Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən monolit və davamlı gənclər siyasəti, gənclərin fəal iştirakı, qərar qəbuletmə və icraçılıqda gənclərin aktiv rolu sahəsində silsilə dövlət siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyində görüşlər kecrilmişidi   Bununla yanaşı  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindədə  bu istiqamətdə müxtəlif  görüşlərlər kecrilmişdir