Uşaq tələbi ilə bağlı neçə müraciət daxil olub? - Komitə rəsmisindən AÇIQLAMA

“İlk beş ayda uşaq tələbi ilə bağlı 110, uşaqla ünsiyyətlə bağlı 54, uşaqların valideynlərin və ya digər qohumların himayəyə verilməsi ilə bağlı 11 müraciət daxil olub”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva deyib. 

O bildirib ki, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətin düzgün qiymətləndirilməsi halları aşkarlanıb:

“Bəzən isə uşağın zorla qarşı tərəflə görüşdürülməsi, yaxud himayəyə verməsi halları aşkarlanıb”.

“Müraciətlər zamanı biz yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə edilə bilər. Buna görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır. Mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün müraciət edildiyi halda konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır. Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökumət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır”.