Vaqif Əsədovla xoş xatirə

Bu gün yaş senzi ilə əlaqədar olaraq təqaüdə göndərilən polkovnik Vaqif Əsəsdov jurnlasitlərin yaxın dostu olmaqla, işinin öhdəsindən layiqincə gələn kadr idi. Vaqif Əsədova yaxınlığı ilə seçilən jurnalist Elməddin Muradlı maraqlı paylaşım edib. 

Bir gün Bakıda evakuatorların maşını əldən alıb qaçan vaxtları idi. Yayın cırhacırında Vaqis Əsədovla danışdlq ki, düşək bulvarda çay içək. Gəldik saat qülləsinin yanına, fantanların qabağında maşınları saxladıq düşdük. O vaxt siqaret çəkirdi. Maşınların yanında siqaret çəkə-çəkə dedim ay rəis, eşitmişəm bəzi taksi sürücüləri yol polisinə işləyir, maşını harda saxlayırsan tez zəng edib evakuator çağırırlar, faiz alırlar.

Vaqif müəllim güldü, dedi, a kişi, elə şey yoxdur. Boş-boş danışırlar. Birdən yazıb eləyərsən, elə şey eləmə. Yalan söhbətdi.

Dedim, axı çox adam danışır bunu. Dedi, a kişi, deyirəm boş şeydi də. Sən onlara inanma...

Nəysə, maşını onun maşının qabağında saxlamışdım. Gedib dəniz kənarında çay içdik. İki saat sonra geri qayıdanda gördük, rəisin maşının evakuator aparıb))

Məni bir gic gülmək tutdu. Bu başladı yol qırağında duranlardan soruşmağa ki, bayaq burda ağ şessot Mercedes durmuşdu biz dayananda. O şərəfsiz hara qaçdı? O çağırdı evakutoru?

Rəis əsəbi, məni də gülmək tutub. Harasa zəng elədi, dedilər, rəis, uşaqlar qorxur maşını ora qaytarmağa, atırlar Hökumət evinin qabağına, get ordan götür.

Küskün halda qolumdan tutdu ki, gəl məni apar maşının yanına. O taksi sürücüsünü tutub ağzını cıracam, əclaf))