Vasif Talıbov açılışda

Bu gün Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.Ali Məclisin Sədri demişdir: Təlim-Məşq İdman Kompleksinin qurulub istifadəyə verilməsi muxtar respublikada yenilikdir. Baxmayaraq ki, Naxçıvan və Şərur şəhərlərində olimpiya idman kompleksləri fəaliyyət göstərir. Lakin təlim-məşq kompleksi muxtar respublikada ilk dəfədir, istifadəyə verilir. Yaradılan şərait imkan verəcək ki, həm yay aylarında burada çimərlik idman növlərindən istifadə olunsun, həm də ilin bütün fəsillərində idmanın müvafiq növləri ilə bağlı məşqlər keçirilsin. Bunlar gənclərdə idmana maraq yaradacaq, onlar asudə vaxtlarını səmərəli keçirəcək və ən əsası sağlam böyüyəcəklər.