Xalqın qürur mənbəyi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Kürdəmir rayonunda seçicilərlə görüşlər keçirilib. 

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri Nizam İsmayılov, Gülayyət İsmayılova və Eltac Qaçayev çıxış ediblər.

Onlar yeni yolların çəkilməsindən, xalqın sosial rifahına yönəlmiş layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin gündən-günə artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişdən, dayanıqlı inkişafdan söhbət açıblar.

Qeyd olunub ki, son 20 il çağdaş tariximizə qızıl hərflərlə yazılan səhifə oldu. 2003-cü ildən indiyədək qət olunan məsafə, əldə edilən nailiyyətlər onu göstərir ki, Azərbaycan reallığı Prezident İlham Əliyevin uğurlu siyasətinin təzahürü, məntiqi nəticəsi, xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək xalqa Qələbə sevinci yaşadan qalib Liderə səs verəcəklərini deyiblər.