Xalqın Xilaskarı

Bu gün dahi şəxsiyyət Azərbaycan xalqının qəlbində daim yaşayan Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Azərbaycan xalqı bu dühanı böyük sevgi və ehtiram hissi ilə anır.
Xalq unutmur; 1993-cü il 9 iyunda Ümummilli lider Heydər Əliyevin Bakı şəhərinə gəlişi ilə Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı.Onun gəlişi ilə Azərbaycan müstəqilliyinə qovuşdu.Gün gündən çiçəklənməyə, hər sahədə  inkişaf etməyə başladı.Azərbaycanı dünyaya tanıtdı.
Bir söz ilə ifadə etsək ,böyük fəxarət hissi ilə Ulu Öndəri xalqın "Xilaskarı" adlandırardiq.Həqiqətən O, xalqa və Vətənə sonsuz sevgisi,dövlətçiliyə sədaqəti ilə xalqının ,vətəninin xilaskarı oldu.
Özündən sonra da Azərbaycanı əmin əllərə təslim edib getdi.
"Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"
Sözün əsil mənasında bu ümidi doğruldan Prezidentimiz ,bizim fəxrimiz 18 illik fəaliyyətində İlham Əliyev  Ulu Öndərin siyasətinin bu günkü və gələcək inkişafının davamçısıdır.

Allah rəhmət eləsin Ulu Öndər Heydər Əliyevə!

Leyla Allahverdiyeva

SABAHİNFO.az