Xankəndidə anbardan çıxanlar erməni yalanını ifşa etdi - VİDEO

Qarabağın erməni əhalisinin Xankəndi və digər ətraf rayonları tərk etməsi prosesi Azərbaycan mərkəzi hakimiyyətinə tabe dövlət qurumlarının həmin ərazilərə daxil olması prosesini daha da sürərtləndirib.

Sabahinfo.az xəbər verir ki, Xankəndi və ətraf rayonlarda təhlükəsizlik tədbirlərini gücləndirən güc strukturlarının ərazilərə baxış keçirdiyi zaman müxtəlif silah anbarları ilə yanaşı digər maraqlı bir faktın da üstü açılıb. Həftələrdir guya blokada vəziyyətində "acından ölən" ermənilərin Xankəndidəki kifayət qədər un, uşaqlar üçün şirələr, günəbaxan yağı və s. ərzaq məhsullarının olduğu anbar aşkar edilib.

Bu fakt erməni yalanını növbəti dəfə sübuta yetiməklə yanaşı, bu zamana kimi Laçın yolunun guya bağlanması ilə Qarabağ ermənilərinin aclıq böhranı yaşadığı ilə bağlı Ermənistan hakimiyyətinə və qondarma rejim qalıqlarının səsinə səs verən, onların bu haqsız, əsassız çağırışlarına qoşulub Azərbaycana qarşı təzyiqləri daha da artıran Qərbin ermənipərəst dairələri və okeanın o tayından Bakıya barmaq silkələyən konqresmenlərin saxtakarlığını, ikitirəliyini, ikilistandartlarını sübuta yetirmiş oldu.