Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib

11 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Xarici İşlər Nazirliyinin (XİN) Kollegiya iclası keçirilib.

XİN-dən Sabahinfo.az-a verilən məlumata görə, iclasda kollegiya üzvləri xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq təşkilatlar ilə əlaqələr, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib.