Xarkovda polis idarəsi və universitet binası vuruldu: Ölənlər var - YENİLƏNİB + VİDEO

Bu gün səhər saatlarında Xarkov şəhərinin mərkəzi hissəsinin atəşə tutulması nəticəsində ölən və yaralananlar var.

Bu barədə Ukraynanın Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.

Məlumata görə, inzibati binalarda qəza-xilasetmə işləri davam etdirilir.

“Hazırda dağıntılar altından 10 nəfər xilas edilib. İlkin məlumata görə dörd nəfər ölüb, doqquz nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.

11:24

Martın 2-də səhər saatlarında Ukraynanın Xarkov şəhərində Rusiya qüvvələri tərəfindən vilayət üzrə Milli Polis Baş İdarəsinin binasına zərbə endirilib.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Geraşenko məlumat verib.

Onun sözlərinə görə, həmçinin Daxili İşlər Departamentinin qarşı tərəfində yerləşən Karazin Milli Universitetinin sosiologiya fakültəsinin binası da atəşə məruz qalıb.

Hadisədən sonra binada yanğın başlayıb.

Həmin görüntüləri təqdim edirik: