Xeyriyyəçilik mirascısı Tağıyev

2020-ci ildə Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı sərəncam imzaladı. Sərəncamda abidənin ucaldılması ilə bağlı məsələlər öz əksini tapmışdı. Bu yöndə elan olunan müsabiqədə xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovun işi qalib gəlir. Aradan keçən müddət ərzində nəinki ölkəmizdə dünya mqiyasında xeyriyyəçilik fəaliyyəti ilə tanınan Azərbaycanın görkəmli xadimi Zeynalabdin Tağıyevin abidəsi metronun “İçəri Şəhər” stansiyasının qarşısındakı meydanda, tarixi Qala divarının önündə ucaldıldı. Azərbaycan Prezidentinin iştirakı ilə abidənin rəsmi açılışı oldu. Dövlət başçısı İlham Əliyev görkəmli tarixi şəxsiyyət haqqında geniş və əhatəli məlumat verdi. Xalqini sevən, ölkəsi üçün böyük işlər görən, xalqının gələcəyini düsünən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev kasıb başmaqçı ailəsində dünyaya gəlmişdir. O, böyük zəhmət və çətinliklər nəticəsində gəlib o zirvəyə çatmışdır.Tağıyev Azərbaycanın inkişafında böyük tövhələr vermişdir. Onun təşəbbüsü ilə bir çox lahiyələr həyata keçirilmişdir. Bakiya şollar suyunun çəkilməsi, teatr binaları , sənaye müəssələri, qızlar məktəbi, Bakıda tramvay xətlərinin açılışı, bir çox memarlıq binalarının təşəbbüskarı olmuşdur. Azərbaycan təhsilində böyük rolu olmuşdur, yüzlərlə gənci Rusiyaya və Avropaya təhsil almaq üçün göndərmişdir. Qurani Kərimi ilk Azərbaycan dilinə tərcüməni də o etdirmişdir. Bununla yanaşı Hacı Zeynalabdin Tağıyevin bir çox xeyriyyə əməllərini sadalamaq olar....Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra Sovet hakimiyyəti onu bütün imkanlarından məhrum edir, əmlakını əlindən alırlar. Tağıyevə tək bağ evi qalır. Elə ömrünü 101 yaşında o evde başa vurur. Sonda təəssüf ki, böyük haqsızlıqla qarşılaşır və bu dünyadan narazı köçür. Bu gün də onun qoyduğu xeyriyyəçilik əməlləri davam etdirilir. Buna misal olaraq Heydər Əliyev Fondunu göstərə bilərik. Fond xeyriyyə əməlləri ilə Azərbaycanı dünyada tanınmasında böyük rol oynayır. Bundan başqa Qarabağ Dirçəliş Fondu, Yasat Fondunun adını çəkə bilərik. Bu fondlar könüllü yığılan vəsaitlərlə xeyriyyəçilik ənənələrini davam etdirirlər.....

Leyla Allahverdiyeva