Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

Azərbaycanın dəniz xüsusi təyinatlıları Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək.

Bu barədə Sabahinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təliminə qatılacaq.

Azərbaycan hərbçiləri artıq qardaş ölkədədir.