Yaşlı qadını qucağına alan yeniyetmə ilə bağlı araşdırma başladı - DİN-dən AÇIQLAMA + VİDEO

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülüb: “Buna baxmayaraq o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək”.

Qeyd edək ki, sözgedən yeniyetmə avtobusda, metroda yerə uzanaraq çəkdirdiyi videoları paylaşır. Sonuncu videosunda yeniyetmə yaşlı qadını qucağına alaraq onu narahat edib.