Yeni ildə Azərbaycan daha böyük uğurlar qazanacaqdır

Bu gün ilin sonudur. İl ərzində baş verən hadisələrin, onun siyasi nəticələrini yekunlaşdırmaq və əsas zəfərləri və məğlubları müəyyən etmək vaxtıdır. İlk növbədə əlbəttə ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına səbəb olan Azərbaycan Prezidenti İlham Əliyevin parlaq düşünülmüş və həyata keçirilən strategiyası daxildir. Qarabağ bölgəsində antiterror əməliyyatı bu strategiyanın növbəti akkorduna çevrilib.

Azərbaycan bayrağı bu gün bütün Qarabağın üzərində dalğalanır. Bu, dünya ermənilərinin, eləcə də onilliklər ərzində Ermənistanın işğalçılıq siyasətinə göz yuman və onlara dəstək verən ölkələrin mövqeyinə baxmayaraq baş verdi. Xalqımızın Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd eydiyi və tarixə "Heydər Əliyev ili " kimi tarixə düşən 2023-cü ili böyük qürur və fərəh hissi ilə yola salırıq. Öləkəmizin daha da qüdrətli olması,iqtisadi imkanlarının və beynəlxalq nüfuzunun artması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət hər bir Azərbaycanlını sevindirir. Ölkə başçısı geosiyasi proseslərə fəal şəkildə qoşulur, bir çox qlobal təşəbbüslər irəli sürür. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini də xüsusi ilə qeyd etmək lazımdır.

2023 - cü ilin demək olar ki, hər günü bir tarixi hadisə ilə yadda qaldı. 2023-cü ilin yanvarda "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın qəbul edildi. Bununla da Azərbaycan növbəti illərdə milli hədəflərinin və strateji məqsədlərinin xüsusi istiqamətini elan etdi. Apreldə Laçın yolunda dövlət sərhəd-buraxılış məntəqəsinin quraşdırılması ilə Azərbaycan ərazi bütövlüyünü de-fakto bərpa etdi. Sentyabrda Qarabağda lokal xarakterli anti-terror tədbirləri keçirildi. Bu Azərbaycanın tam və əbədi olaraq suverenliynin təmin olması demək idi. Zəfər Günü- noyabrın 8-də Xankəndində hərbi parad keçirildi. Bu, bütün dünyaya Qarabağda, o cümlədən bütün ölkə ərazisində ərazi bütövlüyümüzün və suverenliyimizin qarantı olan Azərbaycan Silahlı Qüvvələrinin əzminin nümayişi idi. Azərbaycan öz ərazisində iki yüz ildən çoxdavam edən separatizmə qalib gəldi. Dekabrda Azərbaycanın 2024-cü ildə COP -29 ev sahibliyi etməsi ilə bağlı BMT-nin yekdil qərar qəbul etdi. Dünyanın ən mötəbər tədbirlərindən olan, 200 ölkədən 90 minə yaxın nümayəndələrin iştirak edəcəyi "İqlim Dəyişikliyi Sammiti"nin Azərbaycanda keçiriləcəkdir. Məlumdur ki, bu tədbirə ev sahibliyi uğrunda ciddi mübarizə gedirdi. Ölkə başçısının çox uzaqgörən siyasi və diplomatik bacarığı nəticəsində Ermənistan öz namizədliyini ölkəmizin xeyrinə geri götürdü. Bu, dost olmayan iki ölkə arasında indiyə kimi bənzəri olmayan hadisə idi.

    30 ilə yaxın Azərbaycanın ən zəngin olan torpaqları Qarabağ və Şərqi Zəngəzurun işğalda olması ölkəmizin iqtisadi imkanlarına, əhalinin layiqli rifahı önündə əsas maneələrdən biri idi. Artıq bu əngəl aradan xalxıb. Və Qayıdış Proqramı çərçivəsində görülən işlər öz mühüm nəticələrini verəcəkdir. Hazırda Azərbaycanda çox ciddi iqtisadi inkişaf strategiyası həyata keçirilir. Bununla yanaşı, siyasi islahatlar da davam etmişdir.

Xalqın birliyi o zaman güclü olur ki, o, mənəvi-əxlaqi dəyərlər və ideallar birliyinə əsaslanır. Məhz bu baxımdan Azərbaycanın bu gün qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyi ən yüksək təzahüründə təcəssüm etdirən bayramdır. Ümummilli lider Heydər Əliyevin çoxsaylı tarixi xidmətlərindən və müstəqil Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olan azərbaycançılıq ideologiyası ardıcıl olaraq möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların təhlükəsizliyi, milli mənsubiyyəti bu gün soydaşlarımızın öz ana dilini, adət-ənənələrini, mədəniyyətini qoruyub saxlaması, azərbaycançılıq ideologiyasına sadiq qalması, tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərin davam etdirilməsi vəzifəsini qoyur. Əsas ideyası vahid tarixi Vətənə mənsubiyyət hissi, ümumi millətlərə - mənəvi dəyərlərə və adət-ənənələrə məhəbbətdən ibarət olan Dünya Azərbaycanlılarının Həmrəyliyi dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız tərəfindən qeyd edilir. Həmrəylik Gününün təsis edilməsi haqqında qərar 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarının milli birlik və birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qəbul edildi. Dekabrin 25-də Azərbaycan Respublikasının Ali Məclisi tərəfində 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü kimi qəbul olundu. Rəsmi qeyd etmə günü dekabrın 31-i idi, məhz 1989-cu ilin bu günü Naxçıvan MSSR ərazisində rayon sakinləri Sovet-İran sərhədini dağıdıblar və bir neçə onillikdə ilk dəfə olaraq da yaşayan soydaşları ilə yenidən birləşə biliblər. Həmin gün İstanbulda Dünya Azərbaycanlılarının I Qurultayı açıldı. Bu iki yaddaqalan tarix dekabrın 31-nin Azərbaycanlıların həmrəyliyi bayramı elan edilməsinə səbəb oldu. Bu gün Azərbaycan xaricdəki diasporumuzu dövlətimizi daha da qüdrətli edən ciddi qüvvəyə çevirmək üçün ciddi addımlar atır. Öz növbəsində, planetin bütün guşələrində yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi, mədəni həyatında getdikcə daha mühüm rol oynayan azərbaycanlılar Vətənin mənafeyinin qorunması, Azərbaycan həqiqətlərinin və ölkəmizin sülhsevər gündəmini dünyaya çatdırılması istiqamətində fəal çalışırlar.

       Qarşıdan gələn yeni il Azərbaycan qarşıya qoyduğu hədəflərə bir qədər də yaxınlaşacaqdır. Alnımız açıq, başımız dikdir. Xalqın gələcəyə böyük inamı vardır. Əlbəttə ki, biz bu uğurların qəhrəmanlarını unutmuruq. Bir daha şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə Allahdan şəfa diləyirəm! 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə ölkə başçısı, müzəffər Ali Baş komandan İlham Əliyev və Respublikanın Birinci vitesi-prezidenti Mehriban Əliyeva, şəhid ailələri, qaziləri, müharibə iştirakçıları başda olmaqla, xalqımızı təbrik edir və 2024-də hər bir azərbaycanlıya can sağlığı, sülh, firavanlıq, şəxsi və ailə həyatlarında, dövlətimizin daha güclü və qüdrətli olması naminə göstərdikləri fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

 Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova