Zakir Həsənov göstəriş verdi

Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunlarının çoxsaylı təkliflərini və şəxsi heyətin tarixi ənənələrə sədaqət ruhunda tərbiyəsinin əhəmiyyətini nəzərə alaraq Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə cari ilin iyulun 19-da 1980-ci il məzunlarının buraxılışının 35 illik yubileyinə həsr edilmiş təntənəli görüş keçiriləcək. Tədbirə hazırlıqla əlaqədar İşçi Qrupun rəhbəri Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev təyin edilib.
Yubiley tədbirləri haqqında əlavə məlumat mütəmadi olaraq http://www.mod.gov.az/- Müdafiə Nazirliyinin, http://www.aahm.edu.az/ Heydər Əliyev adına AAHM və http://bvoku.clan.su/ Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunlarının saytlarında yerləşdiriləcəkdir.