Zaqatalada axtarışda olan şəxsdən tiryək götürülüb - VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik və oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuş Eldar Xasayev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan külli miqdarda tiryək aşkar edilərək götürülüb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, E.Xasayev bir müddət əvvəl Bakı şəhərində törətdiyi cinayətə görə axtarışda olub.