"Zəngəzur dəhlizinin təməli qoyulur" - Səbinə Əliyeva

"Bu gün işğaldan azad edilmiş ərazilər minalardan təmizlənir, Zəngəzur dəhlizinin təməli qoyulur, avtomobil yolları, dəmiryolları tikilir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ombudsman Səbinə Əliyeva deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bir çox mühüm layihələrin həyata keçirilməsi öz doğma torpaqlarına qayıdacaq keçmiş məcburi köçkünlərin uzun illərdir pozulmuş hüquqlarının bərpasına səbəb olacaq.