Zəngəzurda erməni hərbçilər qəzaya düşdü: Ölənlər var

Zəngəzurda (Ermənistanın Sünik vilayətində - red.) iki hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabahinfo.az erməni mətbuatına istinadən xəbər verir  ki, hərbçilərin idarə etdiyi avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb.

Qəza nəticəsində 29 yaşlı Fərhad Akopyan hadisə yerində, 37 yaşlı Suren Pirumyan isə xəstəxanada dünyasını dəyişib.