"130 təyyarə, 200-dən çox gəmi yüksək hazırlıq vəziyyətindədir"

NATO şərq cinahını əhəmiyyətli dərəcədə gücləndirib.

Sabahinfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Latviya Prezidenti Egils Levits ilə birgə mətbuat konfransında deyib.

"130 təyyarə, yüksək qütb enliklərindən Aralıq dənizinə gedən 200-dən çox gəmi yüksək hazırlıq vəziyyətindədir", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, regionda əlavə olaraq 1 000 hərbi qulluqçu yerləşdirilib.(trend)