“20 Yanvar” İB-inin növbəti tədbiri Suraxanıda keçirili

“20 Yanvar” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müasir hərb tariximizdə iz qoyan qəhrəman vətən oğullarının tanıdılması” layihəsi çərçivəsində Suraxanı rayonu 89 nömrəli tam orta məktəbdə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Elnur Qədir oğlu Şahbazovun xatirəsinə həsr olunmuş tədbir keçirib. Tədbirdə “20 Yanvar” İB-inin sədri Sultan Əzimzadə, “20 Yanvar” İB-nin İdarə Heyətinin üzvü Valeh Hüseynov, Şəhidin valideynləri, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, İcra Başçısının müavini Könül Axundova, Yeni Suraxanı Bələdiyyəsinin sədri Fikrət Quliyev, İcra Hakimiyyətinin şəhid ailələri və qazilərlə iş şöbəsinin rəhbəri polkovnik-leytenant Elmar Hüseyn, polkovnik Hikmət Ağayev, Polkovnik Xətai Baxışov, Şəhidin komandiri, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant İzzət Balacayev, Paraolimpiya üzrə dünya çempionu İlham Zəkiyev, Şəhidin sinif rəhbəri Zümrüd Əsədova, Suraxanı rayonunda yaşayan bir qrup şəhid ailəsi və qaziləri, Birinci Qarabağ müharibəsinin qazi və veteranları, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğulları bir dəqiqəlik sükütla yad edilib. “20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə çıxış edərək layihə haqqında məlumat verib, hazırlanıb çap olunmuş kitabça haqqında danışıb. Tədbir gedişatında Polkovnik Hikmət Ağayev, polkovnik leytenant Elmar Hüseyn, Şəhid Elnur Qədir oğlu Şahbazovun bacısı və sinif rəhbəri çıxış ediblər. Çıxışçılar şagirdlərə şəhid Şəhid Elnur Qədir oğlu Şahbazovun döyüş yolu, vətən sevgisi, qəhrəmanlıq şücaətlərindən, onunla bağlı yaddaşlarda qalan xatirələrdən danışıblar. Tədbir məktəblilərin vətənpərvərliyə həsr olunmuş şeir və kompozisiyaları ilə davam edib. Məktəbin şagird kollektivinə layihə çərçivəsində hazırlanıb çap olunmuş buklet və kitabçalar paylanılıb.

Məlumat üçün qey edək ki, layihənin məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir.